“Liverpul”un müdafiəçisi İbrahima Konate karyerasını “Real””da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 26 yaşlı fransızı gələn yay azad agent kimi transfde etmək istəyir. Konate “qırmızılar”ın rəhbərliyinə bu yay komandadan getməyə hazır olduğunu deyib.
Konate 2021-ci ilin yayından “Liverpul”da çıxış edir. 2024/25 mövsümündə müdafiəçi bütün turnirlərdə 42 matça çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.