Bakı. Trend:
İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 150-ciili tamam olur. Prezident İlham Əliyevin 25 aprel 2025-ci iltarixli sərəncamı ilə bu əlamətdar hadisə respublikamızda genişşəkildə qeyd edilməkdədir. Mətbuatımızın 150 illik yubileyininyüksək səviyyədə keçirilməsi, bu münasibətlə yubiley medalınıntəsis edilməsi cənab Prezident İlham Əliyevin milli irsimizə hərzaman göstərdiyi xüsusi diqqətin növbəti nümunəsidir.
Təməli 1875-ci il iyulun 22-də görkəmli alim, maarifçi vəpublisist Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşredilməsi ilə qoyulan milli mətbuatımız ötən 150 ildə şərəfliinkişaf yolu keçib. Hər zaman mütərəqqi ənənələri və dəyərləriözündə təcəssüm etdirən Azərbaycan mətbuatı fəaliyyət göstərdiyitarixi dövrün çağırışlarına uyğun olaraq xalqımızınmaariflənməsinə, oyanışına, yüksəlişinə və ümummilli məqsədləringerçəkləşməsinə layiqincə xidmət etmiş, milli amalların yorulmazcarçısı olmuşdur.
Müstəqilliyimizin bərpa olunmasından sonra isə Azərbaycanmətbuatı məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyub,fəaliyyətində tamamilə fərqli bir dövr başlanib, respublikamızdamüasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafıüçün geniş imkanlar yaranıbdır. Xüsusilə qeyd edilməlidir ki,1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyev tərəfindənhəyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edənköklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumatazadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış,müstəqil Azərbaycanın ilk Konstitusiyasında azad sözün və fikirazadlığının təmin edilməsi hüquqi baxımdan təsdiqlənmiş, medianınfəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazasıyaradılmışdır.
Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksəkqiymətləndirən Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun6-da imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və məlumatazadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərmanıilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi isə mətbuatımızıntarixində ən mühüm hadisələrdən biridir. Bütün bunlar mediatəmsilçilərinin diqqətindən kənarda qalmamış, mətbuatın inkişafındavə ölkədə azad sözün təmin olunmasında tutduğu mövqeyinə vəxidmətlərinə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə«Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.
Medianın demokratik dəyərlər çərçivəsində fəaliyyətinin təminolunması bu gün də respublikamızda dövlət siyasətininistiqamətlərindən biridir. Kütləvi informasiya vasitələrininmütərəqqi dəyərlərə əsaslanmaqla fəaliyyət göstərmələrini vacibsayan cənab Prezident İlham Əliyev söz və mətbuat azadlığınıdemokratiyanın fundamental şərti hesab edir. Dövlətimizin başçısıtərəfindən medianın inkişafı ilə bağlı verilən bütün addımlar da buməqsədə xidmət edir. Təsadüfi deyil ki, hazırda respublikadaçoxsaylı qəzet və jurnallar nəşr olunur, televiziyalar fəaliyyətgöstərir, internet mediası sürətlə inkişaf edir. İnformasiyatexnologiyalarının inkişafı Azərbaycan mediasını da qlobalinformasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Prezident İlham Əliyevin son 20 ildə milli mətbuatımızınyubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması,yubileylər və əlamətdar hadisələr münasibətilə mətbuat işçilərinintəltif edilməsi, onlara fəxri adların və medalların verilməsi,kütləvi informasiya vasitələrinə maliyyə yardımlarının göstərilməsiölkəmizdə jurnalist əməyinin qiymətləndirildiyini və medianın hərzaman dövlətin xüsusi diqqəti ilə əhatə olunduğunu göstərir.
Hazırda müasir dünya nizamı yeni çağırışlarla üz-üzədir. CənabPrezident İlham Əliyevin qeyd etdiyi kimi beynəlxalq münasibətlərsistemində yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır.Bu mərhələ həm də informasiya müharibəsinin genişlənməsi iləxarakterizə olunur. Sürətli texniki tərəqqi, informasiyatexnologiyalarının dinamik inkişafı, rəqəmsal həllərdən istifadənindaha da genişlənməsi informasiya müharibəsinə qarşı mübarizəni hərbir dövlət üçün təxirəsalınmaz vəzifələr sırasına çıxarır. Buprosesdə əsas ruporlardan biri isə medianın yaratdığıimkanlardır.
Belə bir şəraitdə, yəni həm dünya nizamının sürətlidəyişikliklərə məruz qaldığı, həm də informasiya müharibəsininproblem olaraq özünü göstərdiyi dövrdə Azərbaycan mediasının daqarşısında yeni çağırışlar meydana çıxır. Lakin tarixi təcrübəgöstərir ki, Azərbaycan mediası ən məsuliyyətli dövrlərdə beləüzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Məsələn,Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik və millihəmrəylik nümunəsi ortaya qoyaraq haqq səsimizin dünyaictimaiyyətinə çatdırılmasına, düşmənin və onun havadarlarınınsaxta məlumatlarının ifşasına nail olub.
Bu gün də respublikamıza qarşı qlobal mediada və sosial mediaplatformalarında qarayaxma kampaniyalarının aparıldığı məlumdur. Buçirkin kampaniya Vətən müharibəsindən və antiterrorəməliyyatlarından sonra daha da güclənib. Lakin görünən odur ki,Azərbaycan mediası bu çağırışlara tam hazırlıqlıdır. Azərbaycanhəqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mediamız44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşməntəbliğatına qarşı mübarizəsinə töhfələr verdiyi kimi, postmüharibədövründə də bu işi layiqincə davam etdirməkdədir. Xüsusən sosialmedia platformalarında fəaliyyətin gücləndirilməsi, xəbər yayımınınxarici dillərdə təmin olunması, beynəlxalq auditoriyalara çıxışıngenişləndirilməsi, peşəkarlığın inkişaf etdirilməsi mediaorqanlarımızın qlobal informasiya coğrafiyasında etibarlımövqelərini təmin edən əsas faktorlardır. Beləliklə, yeni qlobalçağırışların düzgün qiymətləndirilməsi Azərbaycan mediasınıinformasiya müharibəsində qalib tərəfə çevirir, beynəlxalqinformasiya platformasında dövlətimizin və xalqımızın maraq vəmənafelərini layiqincə təmin edir.
Azərbaycan mediasının müasir çağırışlara adekvat cavab verəbilməsi son illərdə dövlətimiz tərəfindən ayrıca diqqət mərkəzindəsaxlanılıb, yeni hüquqi əsaslar və təminatlar yaradılıbdır. Busırada medianın inkişafının dəstəklənməsi istiqamətində təsirli vəsəmərəli tədbirlərin həyata keçirilməsi, Prezident İlham Əliyevtərəfindən «Azərbaycan Respublikasında media sahəsində islahatlarındərinləşdirilməsi haqqında» 12 yanvar 2021-ci il tarixli fərmanınimzalanması dövlətimizin medianın yeni çağırışlara uyğunfəaliyyətinin təmin olunmasına göstərdiyi xüsusi diqqətdən xəbərverir. Bu fərmandan irəli gələrək MEDİA Agentliyinin yaradılması,Milli Məclis tərəfindən 2021-ci ildə «Media haqqında» yeni qanununqəbul edilməsi, medianın reyestrinin aparılmasına başlanılmasıgöstərir ki, Azərbaycan dövləti media orqanlarının müasirtendensiyalar səviyyəsində fəaliyyətinə dəstək məqsədilə hüquqi vəinstitusional quruculuq müstəvisində lazım olan bütün addımlarıatır.
Əminik ki, tarixi ənənələri və zəngin keçmişi olan Azərbaycanmətbuatı öz fəaliyyətində müasir tendensiyaları daim nəzərə alacaq,güclənən informasiya müharibəsində dövlətimizin maraqlarını bundansonra da inamla qoruyacaq, dövlətimizin suverenliyinin vəkonstituson əsaslarının təmin olunmasına daim layiqli töhfələriniverəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı