Təhsil proqramlarının və dərsliklərin hazırlanmasının əmək bazarının tələblərinə uyğun olması vacibdir.
APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.
"62 yeni təhsil proqramı hazırlamışıq. Bu prosesdə işəgötürən nümayəndələr də iştirak edib. Həmçinin 179 dərslik hazırlamışıq. Həm də beynəlxalq təşkilatların dərsliklərinin Azərbaycan dilinə tərcüməsinə başlamışıq", - o deyib.