“Azərbaycan Prezidentinin ukraynalı jurnalist Qordona “işğalla barışmayın” tövsiyyəsi Rusiyada ciddi şəkildə oxunur. Bu, Kremlə işğalçı olduğunu yada salmaqdır. Təyyarəmizi vurana işğalçı da, qəsbkar da, təcavüzkar da demək lazımdır”.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Ramiyə Məmmədova bildirib. Onun sözlərinə görə, Rusiya ilə münasibətlər uzunmüddətli gərginlik dövrünə daxil olub və dövlət başçısının son mövqeyi konkretlilik gətirdi: “Rusiya prezidenti Putin əlaqələri düzəltmək istəmədi. O, təyyarəni vuranları cəzalandıra bilərdi. Amma Moskvanın yekəxanalığı davam etdi və Bakı ilə əlaqələri pozmaq üstün tutuldu. Artıq Moskva sənədi də öz işinə gedib və biz strateji müttəfiq deyilik. Yaxşı ki, bu bəyannamə ratifikasiya olunmayıb”.
Roman