RU

Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTOLAR

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə növbəti dəfə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı əsas diqqət komanda və strukturun formalaşdırılması, açar vəzifələr üçün düzgün kadrların seçilməsi, eləcə də idarəetmədə dəyişikliklərin effektiv şəkildə tətbiqi məsələlərinə yönəlib. Görüşdə qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi və təcrübə paylaşımı aparılıb.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Избранный
43
50
unikal.az

10Источники