Azərbaycan taekvondoçuları Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universiadasında mübarizəni davam etdirir.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, növbəti yarış günündə ilk görüşünü keçirən Nicat İsmayılzadə (74 kq) Elia Porşaya (Almaniya) qalib gələrək 1/8 finala yüksəlib.
Daha sonra Nərgiz Kazımova (62 kq) və Həmidrza Bədri Əli Abadi (+87 kq) çıxışlarına başlayacaqlar.
Zəki Feyzullayev
İdman.biz