RU

Şuşa Forumunun afrikalı iştirakçısı: Media savadlılığı yalnız bilik deyil, həm də məsuliyyət deməkdir

Şuşa, 21 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

Biz bu gün media sahəsində baş verən sürətli və genişmiqyaslı dəyişikliklərin canlı şahidiyik. Texnologiyanın inkişafı ilə informasiya yayımı daha əlçatan, eyni zamanda, daha riskli hala gəlib. Bu səbəbdən media savadlılığı yalnız bilik deyil, həm də məsuliyyət deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" adlı paneldə Afrika İttifaqı İnkişaf Agentliyinin Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Ziphora Maubane deyib.

O qeyd edib ki, media savadlılığı, ilk növbədə, dövlət və özəl sektor rəhbərlərinin daşımalı olduğu məsuliyyətdir. Çünki informasiya siyasətinə təsir edən qərarlar təkcə fərdləri deyil, bütöv cəmiyyətləri formalaşdırır. Eyni zamanda, hər bir fərd bu savadlılığı qazanmalı və gündəlik həyatında tətbiq etməlidir.

“Media savadlılığı cəmiyyətə tənqidi düşünmə bacarığı qazandırır. İnsanlar eşitdiklərini və oxuduqlarını dərhal qəbul etməməli, onun doğruluğunu dəyərləndirməyi öyrənməlidirlər. Biz isə bu imkanların yaradılması üçün çalışmalıyıq. Bunun üçün isə, ilk növbədə, medianın müxtəlif sahələrə, siyasətə, iqtisadiyyata, təhsilə və gündəlik həyata olan təsirini dərk etməliyik. Media, sadəcə, informasiya ötürən vasitə deyil, həm də ictimai rəyin formalaşmasında aparıcı rola malikdir. Cəmiyyətin sağlam informasiya mühiti ilə təmin olunması üçün maarifləndirmə işləri gücləndirilməli və media savadlılığı bütün təbəqələrə aşılanmalıdır”, - deyə Ziphora Maubane əlavə edib.

Избранный
24
50
azertag.az

10Источники