RU

“TRT World” telekanalının müxbiri: Bir çox xəbər platforması dəqiqlik prinsipinə riayət etmir

Şuşa, 21 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

Hamımız zaman-zaman onlayn məlumatların düzgün və ya yanlış olması ilə qarşılaşırıq. Təəssüf ki, bu gün hər kəs yayılan məlumatların doğru ilə yalan arasında fərqini anlamaqda çətinlik çəkir. Sosial medianın sürətlə inkişaf etdiyi dövrdə informasiyanı düzgün analiz etmək bacarığı, yəni, media savadlılığı son dərəcə vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" adlı paneldə “TRT World” telekanalının müxbiri Jaffar Hasnain deyib.

O qeyd edib ki, media savadlılığı yalnız informasiyanı qəbul etmək deyil, eyni zamanda, onu qiymətləndirmək, mənbəsini araşdırmaq və etibarlılığını müəyyən etmək bacarığıdır.

“Bunun üçün hər birimiz müxtəlif və mötəbər mənbələrə əsaslanmağı öyrənməliyik. Təəssüf ki, bu gün bir çox xəbər platforması dəqiqlik və etibarlılıq prinsipinə riayət etmir. Bunun fəsadlarını dəfələrlə görmüşük. Yanlış xəbərlər cəmiyyət arasında çaşqınlıq yaradır, ictimai rəyi manipulyasiya edir və hətta sosial qarşıdurmalara səbəb ola bilir. Bu halların qarşısını almağın yeganə yolu maariflənməkdir. Özümüzü və ətrafımızdakıları düzgün informasiya ilə təmin etmək, sosial mediadan şüurlu istifadə, hər paylaşımı yoxlamadan qəbul etməmək artıq zərurətə çevrilib”, - deyə Jaffar Hasnain vurğulayıb.

Избранный
24
11
azertag.az

10Источники