RU

"Hər kəs “qızıl top”u qazanmaqla öyünə bilməz"

“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik Luka Modriçin İtaliya klubuna transferi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı futbolçunun yüksək səviyyəli oyunçu olduğunu söyləyib:

“Mən Modriçə qarşı oynamışam. Hər kəs “qızıl top”u qazanmaqla öyünə bilməz.

O, yüksək səviyyəli oyunçudur, onun gözəl karyerası var idi və onun təcrübəsinə ehtiyacımız var. İnanıram ki, o, komandaya çox şey verə bilər”.

Loftus-Çik 2023-cü ildə “Çelsi”dən “Milan”a keçib.

Избранный
5
43
sportinfo.az

10Источники