Bakı. Trend:
Suriyanın daxili təhlükəsizlik qüvvələri Əs-Suveyda şəhərindəbir neçə gün ərzində əsir saxlanılmış bədəvi ailələlərin təxliyəsiüzrə əməliyyata başlayıb.
Trend xəbər verirki, bu barədə “Sky News Arabia” Suriya DİN əyalət üzrə başidarəsinin rəisi, general Əhməd əd Dəllatiyə istinadən məlumatyayıb.
Onun sözlərinə görə, ilkin mərhələdə şəhərdən 1,5 minə yaxıninsan çıxarılacaq.
O bildirib ki, təxliyə Bosra-əl-Hərir nəzarət-buraxılışmənqətəsi vasitəsilə həyata keçirilir, zərərçəkənlər isə Dəraəyalətinin xəstəxanalarına çatdırılır.
Xatırladaq ki, Əs-Suveyda əyalətində gərginlik 2025-ci ilin iyulayının əvvəlində yaranıb. Bədəvi qəbilələrinin üzvləriDəməşq–Suveyda yolunda müvəqqəti nəzarət-buraxılış məntəqəsiquraraq, druz mənşəli tərəvəz satıcısına hücum edib və onu girovgötürüb .
Druz silahlı dəstələri cavab olaraq bədəvi icmasından olanşəxsləri girov götürüb və bu, qarşılıqlı adam oğurluqlarına səbəbolub. Zorakılıq dalğası qısa müddətdə əyalət boyunca silahlıtoqquşmalara çevrilib.
Hökumət qüvvələri nizamı bərpa etməyə cəhd etsə də, bəzi druzlaronların bədəvilərə tərəfkeşlik etdiyini düşünüb, bu isəməzhəblərarası gərginliyi daha da artırıb. Toqquşmalarda ümumilikdə600-ə yaxın insan həlak olub.