Süni intellekt jurnalist peşəsinə təhdid hesab edilməməlidir - savadlı və məsuliyyətli yanaşma olduğu təqdirdə o, redaksiyaların işində güclü alətə çevrilə bilər.
Bu barədə “Report”a Qazaxıstanın “Qazcontent” media şirkətinin İdarə Heyətinin sədri Ayna Zadabek III Şuşa Qlobal Media Forumunun kuluarlarında bildirib.