RU

Amerikalı senator: Tramp bezib, Putini yaxşıca cəzalandıracaq

"Putin, sənin növbən yaxınlaşır, Donald Tramp Amerika siyasətinin və xarici diplomatiyasının Skotti Şeffleridir və o, sənı yaxşıca cəzalandıracaq".

Ölkə.az xəbər verir ki, bunu ABŞ senator Lindsey Qrem deyib.

Putini  hədələyən senator Qremin sözlərinə görə, Trampın şərtlərinə əməl etməsə və Ukrayna məsələsində kompromislə razılaşmasa, o zaman bunun  ciddi nəticələri olacaq.

"Tramp bu oyundan yorulub. Mən Putinin yerində olsaydım, mümkün qədər tez danışıqlar masasına əyləşərdim", - o qeyd edib.

O əlavə edib ki, Tramp Rusiya neftini alan Çin, Hindistan və Braziliyaya rüsumlar tətbiq etməyə hazırlaşır. Senator qeyd edib ki, bu üç ölkə ucuz rus neftinin təxminən 80%-ni alır və Rusiya hərbi maşınına dəstək verir.

“Çinə, Hindistana və Braziliyaya belə deyərdim: ucuz Rusiya neftini almağa davam etsəniz... sizə böyük tariflər tətbiq edəcəyik və iqtisadiyyatlarınızı məhv edəcəyik”, - o deyib.

Mürtəza

Избранный
37
19
olke.az

10Источники