TBİLİSİ, 21 iyul. TELEQRAF
Bu ilin birinci yarısında Gürcüstan Azərbaycandan edilən səfərlərdən 102,6 milyon ABŞ dolları gəlir götürüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.
İllik müqayisədə gəlir 24,1 milyon ABŞ dolları və yaxud 30,7% artıb.
Hesabat dövründə qonşu ölkə beynəlxalq turizmdən əldə etdiyi ümumi gəlirin həcmi təqribən 2 milyard ABŞ dolları (1,971 milyon ABŞ dolları) təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə gəlirdə 3,8% artım qeydə alınıb.
Qeyd edək ki, cari ilin ilk yarısında Gürcüstana 135 248 nəfər Azərbaycan vətəndaşı səfər edib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətdə 36% çoxdur.