Hurriyyet.az xəbər verir ki, Kreml Bakının Rusiyaya qarşı məhkəmə iddiası qaldırmaq planlarına münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bakının AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı iddia qaldırmaq planları barəsində suala cavab verib.
Peskov deyib: "Faktla bağlı istintaq aparılır, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın hüququdur, rəsmi qərarları gözləyəcəyik".
Hürr Tərcüman