RU

Türkiyə vətəndaşını qətlə yetirənlər Gürcüstana qanunsuz daxil olub – Prokurorluq – VİDEO

Batumidə Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən şəxslər Gürcüstana qanunsuz daxil olublar.

İnterpress.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

İyulun 18-də Daxili İşlər Nazirliyi iki Türkiyə vətəndaşını hadisə yerində saxlayıb.

Onlardan biri restoranda həmyerlisinə bir neçə dəfə atəş açaraq qaçıb.

İkincisi isə xüsusilə ağır cinayət barədə polisə məlumat verməməkdə ittiham olunur.

Prokurorluğun məlumatına görə, onlar həmin gün ölkəyə qanunsuz daxil olublar.

Onlar iki nəfəri hədəfə alıblar, lakin ikinci Türkiyə vətəndaşı hücumdan sağ qaça bilib.

Atan şəxsi 20 ilə, cinayəti bildirməyən şəxsi isə 7 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
37
2
interpress.az

10Источники