RU

Leysan Cənubi Koreyada 18 insanın həyatına son qoydu

ain.az, 525.az portalına istinadən məlumat verir.

Cənubi Koreyada 4 gündür davam edən intensiv yağışlar 18 insanın ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 9 nəfər itkin düşüb.

Kyonqido, Kanvondo, Çxunçxon və digər əyalətlərdə 15 yaşayış məntəqəsinin 14 min sakini təhlükəsiz ərazilərə təxliyə edilib. Daşqınlar nəticəsində evləri, yolları su basıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb, infrastruktura ciddi ziyan dəyib.

Qeyd edək ki, metereoloji xidmət yağışların sabah kəsəcəyi barədə məlumat yayıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
390
25
525.az

10Источники