RU

Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Peskov

Moskva ilə Bakı arasında münasibətlər çətin dövrə qədəm qoyur.

XəzərNews.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, bildirib ki, Kreml bunun keçəcəyinə ümid edir.

Dmitri Peskov keçirdiyi brifinqdə Azərbaycan prezidenti İlham Əliyevin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı məhkəmə prosesinin hazırlanması ilə bağlı açıqlamasına münasibət bildirib.

O, həmçinin Kremlin Ukrayna ilə danışıqlar üçün yeni tarixi dərhal elan edəcəyinə söz verib və Çində Vladimir Putinlə Donald Trampın görüşünün mümkünlüyünə işarə edib.



Xəbər 134 dəfə oxunub.
Избранный
17
40
xezernews.az

10Источники