İranın Şimali Xorasan vilayətinin prokurorluğu İsrailin "Mossad" kəşfiyyat agentliyi ilə əlaqədə şübhəli bilinən iki nəfərin saxlanıldığını açıqlayıb.
Moderator.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, onlar peşəkar sorğu-sual altındadırlar, təfərrüat daha sonra açıqlanacaq.
Həmçinin son 12 günlük informasiya müharibəsi zamanı yalan yaymaqda, ictimai rəyi təhrik etməkdə və sistem əleyhinə təbliğat aparmaqda ittiham olunan 15 nəfər müəyyən edilib.
Bütün işlər üzrə cinayət işləri açılıb.