Olaylar.az bildirir ki, Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu ADA universitetinin "Kommunikasiya və rəqəmsal media" kafederasının müəllimi Şəfəq Mehrəliyeva III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib.
O çıxışında vurğulayıb ki, mediaya savadlılıq yalnız informasiyanı qəbul etmə bacarığı deyil, həm də onu düzgün şərh etmək, müzakirə etmək və tolerantlıq, qarşılıqlı hörmət mühitində təhlil etmək bacarığıdır.
"Əgər məktəb yaşlarından bu məsələlərə diqqət yetirilsə, gələcək nəsillər informasiya məkanında daha güclü və birləşmiş olacaqlar. Bu gün həm tənqidi düşüncə, həm də informasiya vəhdətini formalaşdırmaq bacarığı ilə bağlı ciddi problemlər müşahidə etməkdəyik", - deyə Ş.Mehrəliyeva qeyd edib.