RU

"Azərbaycanla bağlı saysız-hesabsız feyk xəbər var" - Cənubi koreyalı professor


Süni intellektin jurnalistika və media sahəsinə təsiri danılmazdır. Biz burada yalan xəbərlərə, saxta məlumatlara, dezinformasiyaya və digər bu kimi hallara qarşı mübarizə aparmaq üçün toplaşmışıq. Belə platformada bir araya gəlmək, media haqqında danışmaq imkanı məni həqiqətən sevindirir.

Bu sözləri jurnalistlərə müsahibəsində Cənubi Koreyanın Xarici Tədqiqatlar Universitetinin professoru, Şuşa Qlobal Media Forumu iştirakçısı Gi Voong Jung deyib.

O qeyd edib ki, bu gün bir çox ölkələr, xüsusilə də Azərbaycan digər ölkələr tərəfindən yayılmış saxta xəbərlərdən əziyyət çəkir və təhdid altındadır.

“Beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı saysız-hesabsız feyk xəbərlər var. Bu səbəbdən Şuşa Qlobal Media Forumu kimi fürsətlərdən istifadə edərək bir araya gəlmək, medianın həqiqəti və süni intellektin təsiri haqqında müzakirələr aparmaq vacibdir”, - deyə Forum iştirakçısı bildirib.

Qarabağa üçüncü səfəri olduğunu deyən Cənubi koreyalı professor əlavə edib: “Birinci və ikinci Qlobal Media forumlarında da olduqca vacib mövzular müzakirə edilib. Bir daha belə mötəbər tədbirə dəvət olunduğum üçün minnətdarlığımı bildirirəm”.

ZÜMRÜD

Избранный
44
34
baki-xeber.com

10Источники