Bakı. Trend:
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan RespublikasınınBaş nazirinin birinci müavini Yaqub Eyyubovun adından güyaAzərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deepfake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əksetdirməyən açıqlama yayılıb.
Medianın İnkişafı Agentliyindən Trend-ə bildirilib ki, bəlli dairələrtərəfindən süni intellektin köməyi ilə yaradılaraq informasiyamühitini çirkləndirməyə yönəlmiş bu saxta video-görüntülər ictimairəyi çaşdırmağa xidmət edən kobud manipulyasiya nümunəsidir.
“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyayainanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadəedən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiyaagentlikləri və digər peşəkar media subyektlərindən əldə edəbilərsiniz.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bukimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxtavə yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyalarıilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıqolmağa səsləyirik”, - məlumatda qeyd edilib.