RU

Bakı Qazax sürət qatarı gecikmə ilə hərəkət edib

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bakı-Qazax sürət qatarı gecikmə ilə hərəkət edib.

Oxu.Az xəbər verir ki, qatar bir müddət Dəllər stansiyasında dayanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan stansiyada sənədlərin yoxlanışı zamanı bir sərnişinin sənədində məlumat uyğunsuzluğu aşkarlanıb.

Lakin sərnişin bununla razılaşmayıb və qatarın vaxtında hərəkət etməsinə maneə yaradıb. Nəticədə, qatar hərəkətini 17 dəqiqəlik gecikmə ilə davam etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
311
50
oxu.az

10Источники