RU

Su hövzələrinin “yaşıllıq cənnəti” və ya görünməyən təhlükə/FOTO

Dünyada mikroskopik yosunların və ya fitoplanktonların zərərli çiçəklənməsi (artımı) demək olar ki, bütün sahilyanı bölgələrə təsir edir, dəniz canlıları və insanların rifahı üçün risk yaradır.

Su hövzələrində baş verən yosun çiçəklənməsi bir zamanlar nadir təbiət hadisəsi olsa da, hazırda iqlim dəyişikliyi və çirklənmə (xüsusilə azot və fosfor) səbəbilə daha intensiv və genişmiqyaslı hal alıb.

Çiçəklənmə zamanı yosunlar suyu içməyə yararsız edə biləcək toksinlər istehsal edir. Bu isə balıqların kütləvi ölümünə, eləcə də, zəhərlənmiş dəniz məhsullarının qida kimi istifadəsi və ya dəri ilə təması nəticəsində insan sağlamlığına təhlükə yaratmasına səbəb olur.

Toksinlərlə çirklənmiş dəniz məhsullarının iyi və dadı olmur, bişirmək və ya dondurmaq belə faydasızdır.

Bu artan təhdidə qarşı mübarizə aparmaq üçün #İqlimFəaliyyəti,  azot və fosfor çirklənməsinə qarşı daha güclü tədbirlər tələb olunur.


Избранный
390
50
ekologiya.az

10Источники