Bu gün mənim üçün də şəxsi baxımdan dəyərlidir. Çünki son 20 ilə yaxın peşə fəaliyyətim Azərbaycan mətbuatı ilə birgə addımlamış, ictimaiyyətə xidmətin vacib bir qolunu təşkil etmişdir. Bu dövrdə sözün və informasiyanın gücünü daha dərindən anladım, jurnalistlərin cəmiyyət üçün necə önəmli bir missiya daşıdığının canlı şahidi oldum.
Bu səviyyəyə gəlmək, mətbuatla işbirliyində daim peşəkar münasibət qorumaq və ölkəmizə ləyaqətlə xidmət etmək yolunda mənə dəstək olmuş bütün ali rəhbərliyə, rəhbər tutduğum qurumlara və əməkdaşlarıma dərin təşəkkürümü bildirirəm.
Azərbaycan jurnalistləri daim sözün, vicdanın və vətənpərvərliyin bayraqdarı olmuşlar. Onların fədakar fəaliyyəti sayəsində cəmiyyət məlumatlanır, həqiqətlər işıqlandırılır, şəffaflıq və ictimai nəzarət təmin olunur. Mətbuat – cəmiyyətin aynasıdır, və bu aynanın daim parlaq qalması üçün çalışan hər bir media nümayəndəsinin əməyinə yüksək qiymət verirəm.
Əminliklə qeyd etmək istəyirəm ki, bu günə qədər qazandığım bütün uğurlar — xidmət etdiyim idarə və nazirlik rəhbərliyinin tələbkarlığı, diqqəti və qayğısı, eləcə də əlində qələm tutaraq jurnalist fəaliyyətini vicdanla yerinə yetirən qələm sahiblərinin əməkdaşlığı və obyektiv mövqeyi sayəsində mümkün olmuşdur. Buna görə hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm.
Bir daha bu əlamətdar gün münasibətilə bütün mətbuat nümayəndələrinə sağlamlıq, güc, qələmlərinə iti və məsuliyyətli söz arzulayıram. Uğurlarınız bol, sözünüz kəsərli olsun!
Hörmətlə,
Vaqif Əsədov
Daxili İşlər Orqanlarının təqaüddə olan polkovniki
10Источники
-
fins.az“Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib ( 19567277)
-
adalet.azMilli mətbuatımızın təməl daşı - Əkinçi ( 19553081)
-
news.milli.az“Əkinçi 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib FOTO ( 19551302)
-
milli.az“Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib - FOTO ( 19550924)
-
azerbaijan-news.azMilli mətbuatın 150 illiyi ilə bağlı "SOCAR Karbamid" zavoduna mediatur təşkil olunub ( 19549286)
-
buta.tvMilli mətbuatın yaranmasından 150 il ötür ( 19540100)
-
demokrat.azAzərbaycan milli mətbuatının yaranmasından 150 il ötür ( 19539992)
-
olke.azAzərbaycan milli mətbuatının yaranmasından 150 il ötür ( 19539983)
-
metbuat.azAzərbaycan milli mətbuatının yaranmasından ( 19540106)
-
ucnoqta.azBu gün Azərbaycan milli mətbuatının yaranması günüdür ( 19539872)