RU

Gəncədə xəstəxanada YANĞIN: Canlı qüvvə cəlb OLUNDU

Gəncə şəhərində Abbas Səhhət adına Birləşmiş Xəstəxananın həyətində yanğın baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, xəstəxananın həyətində formalaşan tibbi tullantılar naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.
 

Alov və tüstü tibb müəssisəsində ciddi təşvişə səbəb olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.


Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Bizim.Media

Избранный
36
36
bizim.media

10Источники