RU

İsrail 25 ölkənin Qəzza ilə bağlı bəyanatını reallıqdan uzaq adlandırıb

Yəhudi dövlətinin Xarici İşlər Nazirliyi bildirib ki, İsrail Qəzza zolağındakı vəziyyətlə bağlı 25 ölkənin birgə bəyanatını reallıqdan ayrı hesab edir...

Poliqon bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. 

Yayılan bəyanatda deyilir: “İsrail ölkələr qrupunun  yaydığı birgə bəyanatı rədd edir, çünki o, reallıqdan qopmuşdur və Həmas-a yanlış siqnal verir. İsrail ölkələr qrupunun bəyanatını HƏMAS-ın mövcud vəziyyətə görə roluna və məsuliyyətinə görə qəbul etmir. HƏMAS müharibənin davam etməsinə və hər iki tərəfin əziyyət çəkməsinə görə məsuliyyət daşıyan yeganə tərəfdir".

“Atəşkəslə bağlı konkret təklif var və İsrail dəfələrlə bu təkliflə razılaşıb, HƏMAS isə bunu inadla qəbul etməkdən imtina edir”, deyən nazirlik bildirib. "Bundan əlavə, bütün iddialar bu müharibəni başlatmış və onu uzatmaqda olan HƏMAS-a ünvanlanmalıdır”,  XİN əlavə edib. “Həmas atəşkəslə razılaşmaq əvəzinə fəal şəkildə İsrail haqqında yalanlar yaymaq üçün kampaniya aparır”, nazirlik yekunlaşdırıb. 

Bundan əvvəl 25 ölkənin xarici işlər nazirləri və hazırlıq və böhranın idarə olunması üzrə Avropa komissarı Aja Labib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və humanitar yardımın oraya çatdırılmasına icazə verməyə çağırıb.

Poliqon.info 

Избранный
31
50
poliqon.info

10Источники