RU

Azərbaycan bu ilin I yarısında borc ödənişinə 1 milyard manatdan çox vəsait xərcləyib

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 6 %-i və yaxud 1 milyard 027,5 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Bakıvaxtı.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,1 % azdır.

Yarımildə daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat) ödənilib.

Xatırladaq ki, bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 399,6 milyon manat vəsait nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
3
bakivaxti.az

10Источники