RU

Sosial şəbəkələrdə daxili işlər nazirinin adından saxta məlumatlar yayılıb

Bakı. Trend:

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasınındaxili işlər naziri adından Azərbaycan Respublikası Prezidentininaçıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb.

Medianın İnkişafı Agentliyindən Trend-ə bildirilib ki, son günlər kampaniyaxarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələnkobud informasiya manipulyasiyası nümunəsidir.

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyayainanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənininformasiya agentlikləri və digər peşəkar media subyektlərindənəldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bukimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxtavə yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdəsayıq olmağa səsləyirik”, - məlumatda qeyd edilib.

Избранный
22
49
az.trend.az

10Источники