RU

Şuşada Vaqif Poeziya Günləri keçirilir

İyulun 22-də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil olunub.

Publika.az xəbər verir ki, tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edən Poeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.

Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.

Избранный
241
22
publika.az

10Источники