RU

"Mançester Siti" “Portu”nun qapıçısı üçün hərəkətə keçib

"Mançester Siti" qapı xəttində mümkün itkiyə qarşı hazırlıqlara başlayıb.

90deqiqe.Az-ın “Fichajes”ə istinadən verdiyi məlumata görə, İngiltərə çempionu əsas qapıçı Edersonun komandadan ayrılmaq ehtimalını nəzərə alaraq yeni bir “bir nömrə” axtarışındadır. Bu kontekstdə klubun adının yenidən “Portu”nun qapıçısı Diqu Koşta ilə hallanması təsadüfi deyil.

25 yaşlı futbolçunun transferi üçün 60 milyon avro kifayət etməyə bilər. Bu məbləğ danışıqlara başlamaq üçün əsas kimi göstərilsə də, “şəhərlilər”in transferi reallaşdırmaq üçün daha yüksək təklif təqdim etməsi lazım olacaq.

Portuqaliyalının “Portu” ilə olan müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb. O, Portuqaliya milli komandasında artıq 36 oyun keçirib və bu qarşılaşmalarda 28 qol buraxıb.

Избранный
102
90deqiqe.az

1Источники