İtaliyanın “Milan” klubunun sabiq braziliyalı hücumçusu Aleksandri Pato baş məşqçi Massimiliano Alleqri barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "pianetamilan.it" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Alleqri əvvəlki kimidir. Fikrimcə, hazırda “Milan” məhz belə bir baş məşqçiyə ehtiyac duyur. Ola bilsin, o, Ançelottinin Braziliya millisində etdiyini burada təkrarlaya biləcək. O, futbolçulara hörmətlə yanaşır və “Milan”ı çox yaxşı tanıyır. Şübhəsiz ki, onun rəhbərliyi altında oyunçular potensiallarının 100 faizini ortaya qoyacaqlar”
Alleqri daha əvvəl də “Milan”ı çalışdırıb və həmin dövrdə Pato klubun heyətində çıxış edirdi.