RU

Luis Suares evinə girən oğrulara təkbaşına müqavimət göstərib

"Almeriya"nın hücumçusu Luis Xavyer Suaresin evinə oğrular basqın edib.

90deqiqe.Az-ın "DerbyDerbyDerby.it"ə istinadən verdiyi məlumata görə, kolumbiyalı futbolçu hadisə zamanı cəsarətli davranaraq onlara təkbaşına müqavimət göstərib. 

Mənbənin məlumatına görə, oğrular evə daxil olarkən qarşılarında müdafiəsiz birini görəcəklərini zənn ediblər. Lakin Suares vəziyyətə tez reaksiya verərək, özünü müdafiədən hücuma keçib və oğruları qaçmağa məcbur edib. O, hətta onları bir müddət təqib etməyə də çalışıb, lakin cinayətkarlar hadisə yerindən uzaqlaşmağı bacarıblar.

Hadisə ilə bağlı futbolçu sonradan sosial şəbəkələrdə açıqlama verib.

Qeyd edək ki, 26 yaşlı Suares əvvəllər "Marsel", "Qranada" və "Real Saragosa" kimi klubların da formasını geyinib.

Избранный
49
90deqiqe.az

1Источники