RU

Azərbaycanın üç cüdoçusu Yay Olimpiya Festivalında qızıl medal qazanıb – Fotolar


Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışlarına start verilib.
Yeniavaz.com
xəbər verir ki, yarışların ilk günündə Azərbaycan millisinin üç cüdoçusu - Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) tatamiyə çıxaraq bütün rəqiblərini məğlub ediblər. Hər üç idmançı qızıl medal qazanaraq yarışlara uğurlu başlanğıc ediblər.
Qazandıqları 3 qızıl medal sayəsində Azərbaycan komandası medalların əyarına görə ümumi sıralamada liderliyə yüksəlib.
Qeyd edək ki, festivalın növbəti yarış günlərində millimizin heyətində daha 9 cüdoçu (4 oğlan, 5 qız) mübarizəyə qoşulacaq.

Избранный
25
yeniavaz.com

1Источники