RU

Bakıda yenidən Suriya masası QURULUR

Suriya böhranı üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir.

"Al-Arabiya" nəşri ABŞ-nin vasitəçiliyi və Türkiyənin dəstəyi ilə İsrail və Suriya arasında təhlükəsizlik məsələləri üzrə əlaqə kanallarının bərpa olunduğunu bildirib.

Məlumata görə, Türkiyə və Suriya kürd, druz və ələvilərin statusu, həmçinin İsrailin rolunu da əhatə edən regional qarşılıqlı anlaşma barədə danışıqlar aparır.

Nəşr həmçinin qeyd edib ki, İsrail nümayəndə heyəti Bakıda Əs-Süveydə ətrafında mübahisəni tam həll etmək istəyir.

Bununla yanaşı, İsrail Suriyaya hücumları dayandırmaq öhdəliyini üzərinə götürməyib və 1974-cü ildə müəyyən edilmiş atəşkəs xətti boyunca təxminən 80 kilometr uzunluğunda və yarım kilometrdən 10 kilometrə qədər dərinlikdə geniş demilitarizasiya olunmuş bufer zonasının yaradılmasında israr edir.

Xatırladaq ki, bundan əvvəl İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi ilə Suriya xarici işlər naziri Əsaad əş-Şibani arasında danışıqlar Bakıda keçirilib.

Избранный
40
23
modern.az

10Источники