“ChatGPT” çat-botu hər gün 2.5 milyarddan çox istifadəçi sorğusu alır.
Oxu.Az xəbər verir ki, bu barədə “OpenAI” şirkəti məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, çat-bot ildə təqribən 912.5 milyard istifadəçi müraciəti alır.
Eyni zamanda, “ChatGPT” ildə təxminən 5 trilyon sorğu emal edən “Google”dan trafik həcmi baxımından hələ də geridə qalır.
Bununla belə, 2024-cü ilin dekabrından 2025-ci ilin martına qədər xidmətin həftəlik auditoriyası 300 milyondan 500 milyon nəfərə yüksəlib.