Ajans.az Report-a istinadən xəbər verir ki, Naftalan şəhərində fəaliyət göstərən müalicə və istirahət sanatoriya mərkəzlərinin birinin işçisi, şəhər sakini, 1970-ci il təvəllüdlü H.Abbasov iş başında ölüb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.