Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkum ata-oğul 6 illik həbsdən sonra azadlıqlarına qovuşublar.
Oğul Camın səhhətində ciddi problemlər var. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. O, həbsdən çıxan kimi müalicəyə cəlb edilib.