RU

Sumqayıtda Milli Qəhrəmana həsr olunmuş tamaşaya ictimai baxış keçirildi

BAKI, 23 iyul. TELEQRAF

Sumqayıt Dövlət Dram Teatrında 1-ci Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı səhnə əsərinə ictimai baxış keçirilib.

Bu barədə Teleqraf-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Tamaşa "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı yeni teatr layihəsi çərçivəsində hazırlanıb. Əsərin müəllifi Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir.

Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edir.

Səhnə əsərində Natiq Qasımovun igidliyindən bəhs edilir. Altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi alban kilsəsində mühasirəyə düşən qəhrəmanımız sonadək ermənilərə müqavimət göstərir və yalnız Xocalıda girov götürülmüş 22 dinc sakinin həyatını xilas etmək üçün təslim olmağa razılaşır. O, hətta təslim olarkən belə Azərbaycan bayrağını düşmənə vermir.

“Ölməz” tamaşasının rəsmi premyerası 2025-ci ilin sentyabr ayında planlaşdırılır.

Избранный
139
5
teleqraf.com

6Источники