RU

Bu dəyişikliklə yüz minlərlə vətəndaş öz əmlakına sənəd ala biləcək

“Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Bu fərman nəticəsində 100 minlərlə vətəndaş öz əmlaklarına mülkiyyət sənədlərini əldə etmək hüququ qazanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

“Ayrı-ayrı dövrlərdə vətəndaşlara müxtəlif dövlət orqanları tərəfindən mülkiyyət sənədləri verilmişdi. Lakin bu sənədlər əsasında mülkiyyət hüququnun alınması mümkün deyildi. Hər il ƏMDX vətəndaşların müraciətləri əsasında təhlillər aparır. Vətəndaşların əlində 439-cu Fərmanla təsbit olunan sənədlərdən fərqli sənədlər də var. Bu dəyişikliyin mahiyyəti müxtəlif orqanlar tərəfindən verilmiş sənədlərə hüquqmüəyyənedici sənəd statusu gətirməkdir”.

Gülnar Əliyeva

 

Избранный
99
8
qafqazinfo.az

9Источники