RU

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub

“Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, final mərhələsində iştirak edən 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.

Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86 %-i dövlət, 57.14 %-i özəl sektorda çalışır.

Qeyd edək ki, müsabiqə 5 mərhələdən — qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriliblər.

"Cebheinfo.az" 

Избранный
89
3
cebheinfo.az

10Источники