RU

Zidanın oğlu Liqa 1-ə qayıda bilər

Fransanın “Pari” klubu yay transfer dönəmində qapı xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın “L’Équipe”yə istinadən verdiyi məlumata görə, klub əsas namizədlərdən biri “Qranada”nın qapıçısı Lyuka Zidanı nəzərdən keçirir. "Pari" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

27 yaşlı qolkiper, Madrid “Real”ının yetirməsidir və futbol əfsanəsi Zinəddin Zidanın oğludur. O, “kral klubu”nun əsas komandasında cəmi iki oyunda forma geyindikdən sonra “Rasinq Santander”, “Rayo Valyekano” və “Eybar”da çıxış edib. Son illərdə isə “Qranada”nın şərəfini qoruyur.

Zidan Fransa millisinin U-17-dən U-21-ə qədər olan bütün yaş qruplarında oynamış olsa da, əsas yığmaya hələ dəvət almayıb. Hazırda onun “Qranada” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı təcrübəli qapıçının bazar dəyərini 1,5 milyon avro olaraq qiymətləndirir.

Избранный
70
90deqiqe.az

1Источники