Bakı.Trend:
Bakının Ziya Səmədzadə küçəsində hərəkət tamməhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan AvtomobilYolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sabah (24 iyul) saat 08:00-dan 25 iyulsaat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ZiyaSəmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar,sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadəküçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyatvasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğunalternativ yollardan istifadə etmələri xahiş olunur.