RU

Yeşilçam aktyoru Coşkun Göğen: "Evladımı, yoldaşımı və dostlarımı itirdim, amma hələ də ayaqdayam"

Yeşilçam aktyoru Coşkun Göğen: "Evladımı, yoldaşımı və dostlarımı itirdim, amma hələ də ayaqdayam"Türk kinosunun unudulmaz simalarından biri olan, canlandırdığı "pis obrazlarla" yadda qalan Coşkun Göğen, həyatında yaşadığı ağır itkiləri və mübarizəsini səmimi şəkildə bölüşüb. 80 yaşlı sənətçi, bir il ərzində 14 kilo çəki itirdiyini, qızını və həyat yoldaşını xərçəngdən, üç ayda isə dörd yaxın dostunu itirdiyini açıqlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, türk kinosunda 500-dən çox filmdə rol alan Göğen, berber köməkçisi kimi başladığı həyat yolunun onu Yeşilçama qədər apardığını bildirib. Son 36 ildir Antalyada yaşayan aktyor, hazırda bir əyləncə mərkəzində ictimai əlaqələr koordinatoru kimi çalışır.

"Qızımı və həyat yoldaşımı torpağa verdim"

Coşkun Göğen, 2018-ci ildə qızı Dünyanı, 7 ay əvvəl isə həyat yoldaşı Anjelikanı itirib. O, hazırda yoldaşından yadigar qalan "Ravda" adlı iti ilə təsəlli tapmağa çalışdığını deyib.
"Bir ildə 14 kilo verdim. Üç ayda dörd yaxın dostumu itirdim. Amma hələ də aydayam, sinemaya və həyata tutunuram" – deyə aktyor bildirib.

Sağlamlıq xəbərlərinə sərt reaksiya: "Mənimlə oynamasınlar"

Göğen, mediada zaman-zaman sağlamlığı ilə bağlı yayılan yanlış xəbərlərdən narazılığını da dilə gətirib. 7 il əvvəl keçirdiyi aort əməliyyatına aid şəkillərin yenidən paylaşıldığını və onun "xəstəxanaya yerləşdirilməsi" kimi təqdim edildiyini qeyd edərək belə deyib:
"İki gündür hər kəs məni zənglərlə narahat edir. Niyə edirlər bilmirəm, amma mənimlə oynamasınlar. 80 yaşım var, artıq reklama ehtiyacım yoxdur."

"Mitoloji Mafyası" filminə görə sətəlcəm oldu

Son olaraq "Mitoloji Mafyası" adlı komediya filmində rol alan Göğen, çəkilişlərin Çanaqqalanın Geyikli qəsəbəsində aparıldığını, soyuq hava səbəbilə sətəlcəmə yoluxduğunu bildirib. Filmə Nuri Alçonun da qatıldığını qeyd edən sənətçi, obrazının berekət tanrısı və sehrli cin olduğunu deyib.

"Yeşilçamlı olmaqla fəxr edirəm"

Keçmiş dövrün çətin şərtləri altında keyfiyyətli filmlər çəkdiklərini vurğulayan Göğen, "Yeşilçamlı olmaqdan fəxr duyuram" deyib.
"O vaxtlar qadın-kişi ayrımı yox idi, sadəcə dostluqlar vardı. Kim ac idisə, paylaşılırdı. Biz hələ də yaşayırıq, toplum bizi sevir."

Aktyor, uşaq yaşlarından kino dünyasına olan marağını belə izah edib:
"Yeşilçam küçəsində böyüdüm. Çalışdığım berber dükanının qarşısından figürant daşıyan mikroavtobuslar keçərdi. Bir gün minibusa mindim və bir daha geri dönmədim."

"Amigolardan peşəkar rəqqaslığa"

Coşkun Göğen, həyatında idmanın mühüm yer tutduğunu bildirib. O, 30 il "Qalatasaray", 22 il "Antalyaspor" komandalarında amigoluk etdiyini və peşəkar rəqqas olduğunu qeyd edib.
"Belqrad meşəsində illərlə qaçmışam, xüsusi idman etmişəm. İlkokul bitirsəm də, üç dil bilirəm. 9 yaşımdan işləyirəm – nə görməmişəm ki…"

"Ferdi Tayfur sinemanın ən yaxşısı idi"

Sənətçi Ferdi Tayfurun həm musiqidə, həm də kinoda ən uğurlu adlardan biri olduğunu bildirərək, qadın aktyorlardan isə Necla Nazırı xüsusi qeyd edib.
"Ferdi Tayfur sinema tipi və çalışqanlığı ilə ən yaxşısı idi. Necla Nazır da klassik bir insandır. İkisini də hörmətlə xatırlayıram."

Yeni nəsil aktyorlara da mesaj verən Göğen, "Biz nə karavan gördük, nə də dublörlə çalışdıq. Dayaq da, söz də bizə düşərdi. İndinin dəyərini bilsinlər. Rəngli fotoları onlar gördü, amma zamanla hər şey ağ-qara olur." deyib.

Sonda sevdiyi komanda Qalatasaraya da salam göndərən Göğen, "Xoş gəldin Osimhen, səni çox sevirik" sözlərini səsləndirib.

Избранный
106
sonxeber.az

1Источники