RU

Moldovada “Sabah”a 200-dən artıq azarkeş dəstək olacaq

Kişineu, 23 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Petrokub"la qarşılaşacaq "Sabah" artıq Moldovadadır.

Moldova Azərbaycanlıları Konqrersindən AZƏRTAC-a bildiriblər ki, ilk oyunda soydaşlarımızdan təmsilçimizə böyük dəstək olacaq. Artıq 200-dən çox azərbaycanlının “Sabah”a dəstək olmaq üçün oyuna gedəcəyi dəqiqləşib. Matçın keçiriləcəyi stadionun tribunalarında Azərbaycan bayraqları dalğalandırılacaq, xüsusi şüarlar səsləndiriləcək.

Qeyd edək ki, iyulun 24-də Kişineu şəhərində yerləşən "Zimbru" stadionunda keçiriləcək "Petrokub" - "Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Избранный
43
azertag.az

1Источники