Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 9-da baş verib.
Gədəbəy rayon sakini, 1990-cı il təvəllüdlü Vaqif Gözəlov həmin gün saat 20 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə (ad-soyad şərtidir – red.) ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı onun üz nahiyəsindən qəsdən yumruq zərbələri vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən V. Gözəlovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə təxminən 2023-cü ilin may ayından 2024-cü ilin sentyabr ayına kimi yaxın münasibətləri olub:
“Onunla heç bir qohumluğum, düşmənçiliyim və ya ədavətim yoxdur: “Həmin müddətdə birlikdə yaşamışıq. Aramızda tez-tez mübahisələrimiz olub, lakin sonradan barışırmışıq. Sonuncu dəfə hadisə günü saat 20 radələrində yaşadığımız evdə olarkən aramızda mübahisə yarandı.
Mübahisə yaranmasına səbəb isə mənim qazancımı restoran, klublarda xərcləməyim, ailəmə qarşı diqqətsizliyim barədə Vüsalənin irad bildirməsi olub. Bundan sonra aramızdakı mübahisə daha da gərginləşdi. Daha sonra içkili halda olduğum üçün yaşadığımız mənzilin yataq otağında sağ əlim ilə onun sifət və alın nahiyəsinə yumruq zərbələri vurdum. Daha sonra isə mənzildən getdim”.
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə V. Gözəlov 1000 manat məbləğində cərimə olunub.
Fariz Məlikli
Demokrat.az
10Источники
-
publika.az50 il öncə ayrıldığı sevgilisinə BÖYÜK MİRAS QOYDU ( 19968350)
-
sfera.az59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı FOTO ( 19945679)
-
sfera.az59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO ( 19944767)
-
sfera.az32 kişi ilə birlikdə 7 il adada qapalı qalan qadın: Kazuko Hiqa ( 19843889)
-
sfera.az32 kişi ilə birlikdə 7 il adada qapalı qalan qadın: Kazuko Hiqa ( 19843844)
-
interpress.azQadın atasından miras qalan 128 min manatı səhvən ZİBİLLİYƏ ATDI ( 19839230)
-
xalqcebhesi.azTramp, Rusiyaya verdiyi 50 günlük müddəti qısaldacaq ( 19791680)
-
ikisahil.az"Bu, bütün dünya üçün böyük problemdir - Tramp ( 19715639)
-
redaktor.azRusiyada 50 nəfərin olduğu sərnişin təyyarəsiyoxa çıxdı ( 19652210)
-
redaktor.azRusiyada içərisində 50 nəfərin olduğu sərnişin təyyarəsiyoxa çıxdı ( 19652051)