RU

TƏCİLİ! Ermənistan “Tramp körpüsü” xəbərlərini təkzib etdi

Ermənistan Nazirlər Kabineti son günlər beynəlxalq mediada yayılan “Tramp körpüsü” iddialarına münasibət bildirib və yayılan xəbərləri təkzib edib.

News24,az Musavat.com-a istinadla xəbər verir ki, rəsmi açıqlamada deyilir:

““Tramp körpüsü” ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Qeyd olunan məqalənin reallıqla heç bir əlaqəsi yoxdur”.

Bu bəyanatla Ermənistan hökuməti İspaniyanın “Periodista Digital” nəşrində yayımlanan, guya Ermənistan, Azərbaycan və ABŞ arasında Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli razılaşmanın əldə olunması və dəhlizin “Puente Trump” (Tramp körpüsü) adlandırılacağı ilə bağlı iddiaları rədd etmiş oldu.

Qeyd edək ki, həmin məqalədə Ermənistanın Sünik vilayətindən keçəcək 42 kilometrlik dəhlizin ABŞ-a məxsus lisenziyalı şirkətə 99 illik idarəetmə hüququ ilə veriləcəyi, gəlirlərin isə müəyyən faizlərlə bölüşdürüləcəyi qeyd edilirdi. Hətta prezident Donald Trampın bu layihəyə şəxsən dəstək verdiyi və dəhlizə onun adının verilməsinin nəzərdə tutulduğu iddia olunurdu.

Lakin Ermənistan Nazirlər Kabinetinin təkzibi göstərir ki, bu məlumatlar nə rəsmi Bakı, nə də İrəvan tərəfindən təsdiqlənib və yayılan xəbərlərin spekulyativ xarakter daşıması ehtimalı yüksəkdir.


Избранный
109
news24.az

1Источники