Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.
Xezerxeber.az-ın məlumatına görə, aralarındakı ailə münasibətlərini və pul məsələsini aydınlaşdırmaq istəyən qohumların mübahisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.
1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı - 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.
Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Onları bıçaqlamaqda şübhəli bilinən, 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.