RU

Fransisko Konseysao “Yuventus”da qaldı – 32 milyon avroya!

“Yuventus”un “Portu”dan icarə əsasında heyətinə qatdığı portuqal cinah hücumçusu Fransisko Konseysao Turin klubunda qalacaq.

Arena.az bu barədə “Yuventus”un rəsmi saytına isrinadən məlumat verir.

İtaliya nəhəngi bu transfer üçün Portuqaliya klubuna 32 milyon avro ödəyib. Portuqal futbolçu “Yuventus”la 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Fransisko Konseysao futbola “Belenenseş”də başlayıb, daha sonra Lissabon “Sportinq”i, “Padroense”, “Portu”nun futbol akademiyalarından keçib. Peşəkar futbola da “Portu”da başlamış hücumçu 2022-ci ildə tamhüquqlu əsasda “Ayaks”a keçib, 2024-cü ildə isə yenidən tamhüquqlu əsasda “əjdhalar”ın düşərgəsinə qayıdıb. Konseysaonun “Portu” ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi vardı.

“Yuventus” Konseysaonu 2024-cü ilin avqust ayında 7 milyon avro məbləğ müqabilində icarə müqviləsi əsasında “byankoneri”nin düşərgəsinə qatmışdı. “Qoca sinyora”nın futbolçunu satınalma hüququ da vardı ki, məhz bundan istifadə edib.

Geridə qalmış mövsümdə Konseysao “Yuventus” üçün bütün yarışlarda 40 oyuna çıxıb, 7 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Fransisko Konseysao 2024-cü ilin mart ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Konseysaonun qənimətlər muzeyində “Portu” ilə qazandığı Portuqaliya çempionluğu (2021/2022) və Portuqaliya Kuboku (2022, 2024) var.

“Transfermarkt” internet-portalı 22 yaşlı portuqal sağ cinah hücumçusu Fransisko Konseysaonun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Избранный
97
arena.az

1Источники