Ucar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.
Far.Az APA-ya istinadla xəbər verir ki, xəsarət alanlar arasında "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Fərid Pərviz oğlu Behçəli və sərnişin, 2017-ci il təvəllüdlü Xədicə Məhərrəmova da var.
***18:47
Ucarda yol qəzası olub.
Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən kecən hissəsində baş verib.
"Mercedes sprinter"lə "Mercedes Vito"nun toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına catdırılıb.
Fakt araşdırılır.