RU

Rusiya və Ukrayna hərbi əsirlərlə yanaşı, mülki şəxslərin də dəyişdirilməsi barədə razılığa gəliblər

İstanbulda keçirilən üçüncü danışıqlar raundunun yekunlarına əsasən, Rusiya və Ukrayna yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi barədə razılaşma əldə ediblər.


Bu barədə TASS agentliyi öz mənbəsinə istinadən xəbər yayıb.


“Mühüm nəticə ondan ibarətdir ki, yalnız hərbi əsirlər deyil, həm də mülki şəxslərin dəyişdirilməsi nəzərdə tutulur”, – deyə mənbə bildirib.


Qeyd edək ki, Moskva və Kiyev nümayəndə heyətləri arasında keçirilən bugünkü görüş təxminən 40 dəqiqə davam edib./Trend
 

Tarix: 23 İyul 2025, 23:12   
Избранный
111
6
pravda.az

10Источники